Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "böyük beşlik” ölkələri futbol çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında ilk üçlüyə daxil olub.
La Liqada "Las Palmas”la oyunda (3:1) Ronaldo komandası "Real”ın qollarından birinə imza atıb. İspaniya mətbuatı yazır ki, bununla da o, "böyük beşik” ölkələrinin liqalarındakı qollarının sayını 317-yə çatdırıb. Kriştiano bu qollardan 233-nü İspaniya, 84-nü isə İngiltərə çempionatında vurub.
Qeyd edək ki, haqqında söhbət gedən siyahıda ilk yeri XIX-cu əsrin sonları, XX əsrin əvvəllərində 366 qol vuran Cimmi Qrivz, ikinci yeri isə Herd Müller tutur.
Avropa ölkələrinin "böyük beşliyi”nin bombardirlərinin siyahısı:
1. Cimmi Qrevz (İngiltərə) – 366 qol
2. Herd Müller (Almaniya) – 365
3-4. Kriştiano Ronaldo (Portuqaliya) – 317
3-4. Stiven Blumer (İngiltərə) – 317
5. Diksi Din (İngiltərə) – 310
6. Delio Onnis (Argentina/İtaliya) – 299
7. Lionel Messi (Argentina) – 288
8. Qordon Conson (İngiltərə/CAR) – 287
9. Alan Şirer (İngiltərə) – 283
10. Silvio Piola (İtaliya) – 274
qol.az
.
