Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa yığmalarının bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, DÇ-2018-in seçmə mərhələsində Latviya ilə oyunda dubla imza ataraq  qolların sayını 68-ə yüksəldən portuqaliyalı hücumçu bu göstəricidə Gerd Müller və Robbi Kinə çatıb.

Qeyd edək ki, Avropa yığmalarının bombardirlər siyahısına 84 qolla Ferens Puşkaş başçılıq edir. Koçiş 75 qolla 2-ci, Miroslav Kloze 71 qolla 3-cüdür.

.