İspaniyanın "Real Madrid" futbol klubunun oyunçusu Kriştiano Ronaldo anası üçün Madriddə aldığı lüks villanı satışa qoyub.
Axşam.az-ın xarici KİV-ə istnadən məlumatına görə, ulduz futbolçunun bu qərarı mediada "Real Madrid"dən ayrılması haqda şayiələrin yayılmasına səbəb olub. İspaniyada üç evi olan Ronaldonun iki mülkdən birini 5 milyon avroya, digərini isə 2 milyon avroya satdığı iddia edilib.
Qeyd edək ki, mövsümün əvvəlindən haqqında transfer dedi-qoduları çıxan portuqal futbolçunun Madriddə xoşbəxt olmadığı deyilir. ABŞ komandalarının da hədəfində olan Ronaldonun əsas təqibçiləri onun keçmiş klubu "Manchester United" və "Paris Saint Germain"dir.
