Madrid "Real”ının futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın paytaxtı Lissabonda otel tikdirib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, CR7 şəbəkəsinə aid olan otel 4 ulduzludur. Portuqaliyalı futbolçu otelin açılışında təəssüratlarını bölüşüb: "Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, ancaq gələcəyim haqda da düşünməliyəm. Lissabonda 7 il keçirmişəm. Burada otel açmaq şansını əldən verə bilməzdim”. |

