UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
"Real"ın hücumçusu Kriştiano Ronaldo səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Respondentlərin 56 faiz səsini toplayan portuqaliyalı futbolçu həftənin ən yaxşısı seçilib. O, 1/8 finalın "Roma" ilə Madriddə keçirilən cavab görüşündə (2:0) bir qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, PSJ-nin forvardı Zlatan İbrahimoviç də "Çelsi" ilə görüşdə (2:0) bir qol vurub, bir məhsuldar ötürmə edib. Lakin isveçli hücumçu səsvermədə Ronaldoya uduzub. "Zenit"in hücumçusu Halk isə səsvermədə üçüncü olub.
bizimyol.info
.
