Həmkarına qəzəblənərək "gey” olduğunu etiraf edən məşhur futbolçu Kriştiano Ronaldo haqqında gəzən söz-söhbətlərə son vermək üçün yeni "sevgi”sini nümayiş etdirib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 3 qat "Qızıl top” sahibi Ronalda "Atletika” futbol klubunun yarımmüdafiəçisi Kokeylə mübahisəsi zamanı etdiyi etirafı "unutdurmaq” üçün italyan rəqqasə ilə eşq yaşamağa başlayıb.
Futbolçu Kristina Bucci ilə küçədə öpüşərkən kameralara tuş gəlib. Saçına parik taxaraq qara eynəklərilə jurnalistdən "gizlənən” futbolçunun görüntülərini İtaliyanın "Chi” qəzeti dərc edib. Qəzet görüntülərin "Atletiko” ilə məşhur matçdan sonra çəkildiyini iddia edib.
Futbolçunun yeni "sevgisi” KİV-lər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, jurnalistlər bir sıra reklam agentlikləri ilə müqavilə bağlayan Ronaldonun nüfuzunu itirməmək üçün "quraşdırılmış oyun” olduğunu qeyd ediblər. Fotolar çəkilən zaman rəqqasənin kameralara baxması da şəklin ulduz futbolçu üçün təsadüfi olmadığından xəbər verir.

