"Real”ın hücumçusu Kriştiano Ronaldo Monte-Karloda otel alıb.

Qol.Az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, Monte-Karlonun ən yaxşı rayonlarından birindəki bu otel portuqaliyalı futbolçuya 140 milyon avroya başa gəlib.

O, oteli italiyalı iş adamı Alessandro Protoya məxsus olan "The Proto Group” şirkətindən alıb.

Ümumiyyətlə, Ronaldo son bir ildə pulunu otel biznesinə yatırmaqla diqqət çəkir. Bundan öncə ulduz futbolçu "The Pestana Groug” şirkəti ilə birgə Portuqaliya, İspaniya və ABŞ-dakı otellər şəbəkəsinə 70 milyon avro yatırıb.

Bu yaxınlarda isə onun Nyu-Yorkda 16 milyon dollara villa aldığı üzə çıxıb.
.