"Bavariya"nın ulduz futbolçusu Frank Riberi daha bir mükafata layiq görülüb. Fransalı yarımmüdafiəçi ölkəsində 2013-cü ilin ən yaxşı futbolçusu seçilib.
"Yuventus"un yarımmüdafiəçisi Paul Poqba ikinci, PSJ-dən Blez Matyuidi isə üçüncü olub. Bundan əlavə ölkədə ilin ən yaxşı baş məşqçisi adına "Lill"in çalışdırıcısı Rudi Qarsiya Layiq görülüb. PSJ-nin prezidenti Nasser Əl-Xəlafi ən yaxşı idarəçi, Paris klubunun forvardı Zlatan İbrahimoviç isə ən yaxşı əcnəbi futbolçu seçilib.
Qeyd edək ki, bu mükafat "France Football” jurnalı tərəfindən 1959-cu ildən təşkil olunur.
.