İran ABŞ ilə nüvə razılaşmasına mümkün qədər tez nail olmaq istəyir.
"Mehrnews" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi ABŞ-nin NPR radiosuna müsahibədə deyib.
"Biz danışıqlar otağına səmimiyyət və xoş niyyətlə daxil olacağıq," - Məcid Taxt-Ravançi bildirib və bu yanaşmanın qarşılıqlı olacağına ümid etdiyini əlavə edib:
"Əgər bütün tərəflərdə siyasi iradə varsa, inanıram ki, razılaşmaya mümkün qədər tez nail olmaq olar".
O, növbəti Cenevrə danışıqlarında yeganə müzakirə mövzusunun nüvə məsələsi olsuğunu da vurğulayıb.
.
