"Real” Madrid argentinalı ulduzu ilə yollarını ayırdı.
Yenizaman.az xəbər verir ki, 2010-ci ildə "Benfika”dan "Real”a transfer edilən 26 yaşlı Di Maria bu mövsüm klubdan ayrılmaqda israr edib. Səbəb isə "Real”da istədiyi dəyəri göməməsi olub. Di Maria bu gün komanda yoldaşları ilə vidalaşıb.
Klubun baş məşqçisi Karlo Ançelotti keçirdiyi mətbuat konfransında Di Marianın klubdan ayrıldığını, lakin argentinalının əvəzinə transfer etməyəcəklərini söyləyib.
İspaniya və İngiltərə mediasının yazdığına görə isə argentinalı Di Maria artıq 60-70 milyon avro arasında bir məbləğə "Mançestr Yunayted” komandasına transfer olunub. Lakin klub rəsmi olaraq bu haqda məlumat yaymayıb.
.