Reaktiv mühərriklər üçün TC-1 markalı və digər markalı yanacaqlar üçün 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Eyni zamanda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın aksiz dərəcəsi hər tonuna görə 1 manat təsbit edilib.

Bu qərarlar 2022-ci il 31 dekabr tarixinədək qüvvədədir.

.