Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Ukrayna rəhbərliyinin ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqları ərəfəsində Kiyevə gəliblər.
Bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Ukrayna mediası xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenskinin Uitkoff və Kuşnerlə görüşü artıq başlayıb.
Qeyd edək ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələrini Kremldə qəbul edib. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, üç saatdan çox davam edən danışıqlar hər iki tərəf üçün çox faydalı olub, təkcə Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsinə deyil, həm də ABŞ və Rusiyanın birgə iri layihələr həyata keçirməsinin müzakirəsinə toxunub.
.
