İspaniyanın "Real" klubu futbolçusu Arda Gülerin müqaviləsinin müddətini uzatmaqla bağlı razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər yeni sözləşmənin bütün detallarını razılaşdırıblar. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Xatırladaq ki, Madrid klubu Türkiyə millisinin üzvünü 2023-cü ildə "Fənərbağça"dan 28 milyon avroya alıb. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
.
