Bütün ölkələrin kvotalarına əlavə olaraq hasilatı könüllü şəkildə azaldan yeddi "OPEC+" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) neft hasilatı kvotalarını gündəlik 188 min barel artırmaq qərarına gəlib.
Bu barədə təşkilatın bugünkü iclasının yekunlarına dair məlumatında deyilir.
Beləliklə, gələn ay "OPEC+" ölkələrinin ümumi neft hasilatı kvotası 36,019 milyon b/g təşkil edəcək.
Yeddi "OPEC+" ölkəsi hazırda 1,65 milyon b/g məhdudiyyət həcmlərini (may ayından etibarən alyansı tərk edən BƏƏ-nin payı nəzərə alınmaqla) bazara qaytarır və yalnız bu dəyişikliklər alyansın ümumi hasilat səviyyəsinə təsir göstərir. Hazırkı artım qrafikinə əsasən, bu məhdudiyyətləri tamamilə aradan qaldırma" üçün ölkələrin sentyabr ayı üzrə kvotalarını 188 min b/g artırmalı olacaq. Mart ayından etibarən sazişdə iştirak edən OPEC ölkələri hasilatı öz kvotalarına uyğun olaraq artıra bilmirlər, çünki ABŞ və İsrailin hücumundan sonra İran bu ölkələrin dünya bazarlarına neft ixrac etdiyi Hörmüz boğazını bağlayıb. Geriləmə təxminən 8 milyon b/g təşkil edir. Lakin ABŞ və İran iyunun ortalarında sülh yolu ilə nizamlama haqqında memorandum imzaladıqdan sonra Fars körfəzi ölkələri hasilatı əhəmiyyətli dərəcədə artırırlar, lakin hələlik rəsmi məlumat yoxdur.
"OPEC+" ölkələrinin növbəti iclası avqustun 2-də keçiriləcək.
.
