"Fitch Group"a daxil olan "Fitch Solutions" şirkəti 2023-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Bu barədə Yenizaman şirkətə istinadən xəbər verir. Məlumata görə, "Fitch Solutions" (FS) bu il üzrə real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 3%-dən 1,9%-ə endirib. FS bundan əlavə, 2023-cü il üzrə Azərbaycanda illik inflyasiya proqnozunu isə 9,20%-dən 10,6%-ə kimi artırıb.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ümumdaxili məhsulun (ÜDM) artımını 1,9%, inflyasiyanı isə 9,5% səviyyəsində proqnozlaşdırıb.

.