"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım templərinin tədricən sürətlənəcəyini və 2028-ci ilə qədər 2,2 %-ə çatacağını ehtimal edir.
Bunu "Fitch Ratings"in baş direktoru, Şərqi Avropa suveren reytinqləri qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) bildirib.
Agenliyin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun artımı 1,6 % təşkil edəcək.
"Bizim qiymətləndirmələrimizə görə, 2027-ci ildə Azərbaycan iqtisadiyyatının artım dinamikası 2 %-ə qədər yüksələcək, 2028-ci ildə isə bu göstərici 2,2 % səviyyəsinə çatacaq", - o qeyd edib.
.
