Son sutkada kriptovalyuta bazarında mənfi dinamika davam edib.
Yenizaman“CoinMarketCap” platformasına istinadən xəbər verir ki, “Bitcoin”in qiyməti son 24 saatda 2,99% azalaraq 89 391 dollar səviyyəsində ticarət olunub. Ethereum üzrə qiymət 6,31% azalaraq 2 978 dollar olub.
Eyni dövrdə BNB-nin qiyməti 5,06%, XRP-nin qiyməti 3,35%, “Solana”nın qiyməti 4,33%, TRON-un qiyməti isə 4,28% azalıb.
Bazarda ən kəskin geriləmə Dogecoin və Cardano üzrə qeydə alınıb. Belə ki, Dogecoin 1,92%, Cardano isə 2,17% ucuzlaşıb.
Stabilkoinlərdə isə nisbi sabitlik qorunub. Tether (USDT) və USDC üzrə sutkalıq qiymət dəyişiklikləri 0,1%-dən aşağı səviyyədə qalıb.
Analitiklər bazarda müşahidə olunan enişləri əsasən qısamüddətli mənfəət realizasiyası, riskli aktivlərə marağın azalması və qlobal maliyyə bazarlarında ehtiyatlı gözləntilərin güclənməsi ilə əlaqələndirirlər.
.
