"Azərişıq" ASC Füzulidə Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, iki dövrəli kabel xəttinin çəkilməsi (1), eləcə də Ağdamda Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və iki dövrəli kabel xəttinin çəkilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və “Smart Energy Services” MMC-lərdir.

Qalib şirkətlərə 6,612 milyon manat və 11,638 milyon manat, ümumilikdə isə 18,25 milyon manat ödəniləcək.

.