İranla dialoq Yaxın Şərqdə vəziyyətin nizamlanmasına aparan ən effektiv yoldur.
"Al Jazeera"ya xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) rəhbəri Rafael Qrossi mətbuat konfransında bildirib.
O qeyd edib ki, İrandakı əsas nüvə obyektlərinə çıxışın təmin edilməsi İslam Respublikası üçün "müsbət nəticələrə" səbəb olacaq, çünki qətnamə layihəsində Tehranla bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının baxışına verilməsi təklif olunur.
"Müsbət nəticəyə aparan ən yaxşı və ən qısa yol İranla dialoqdur. Əgər İran bizimlə ciddi dialoqa başlasa, əgər biz obyektlərə çıxış əldə edə bilsək, mən sizə zəmanət verə bilərəm ki, bunun müsbət nəticələri olacaq", - o deyib.
Qrossinin sözlərinə görə, İran tərəfi ilə təmasların olmaması "təəssüf hissi doğurur".
.
