ABŞ və İsrailin hava zərbələri nəticəsində İranda 9,6 mindən çox mülki obyekt, o cümlədən 8 minə yaxın yaşayış evi zədələnib.
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat paylaşıb.
"Hava zərbələri nəticəsində 9 669 mülki obyekt, o cümlədən 7 943 yaşayış evi və 1 617 kommersiya binası, həmçinin bir sıra tibb və təhsil müəssisələri zədələnib ki, bu da insanların həyatına və iqtisadi infrastruktura ciddi təsir göstərib", - təşkilatın "Telegram" kanalında dərc olunan bəyanatda qeyd olunub.
.
