Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ABŞ və İranın tezliklə Yaxın Şərqdəki böhrana son qoyacağına ümidvar olduğunu deyib.

O, bunu "Al-Araby Al-Jadeed"ə müsahibəsində bildirib.

Baş nazirin fikrincə, Vaşinqtonla Tehran arasında istənilən razılaşma region və bütün dünya ölkələrinin maraqlarını nəzərə almalıdır.

"Biz vəziyyəti izləyirik, bütün tərəflərlə əlaqə saxlayır və görürük ki, Tehran və Vaşinqtonun mövqelərindəki fikir ayrılıqlarına baxmayaraq, diplomatik həll yolunun tapılması ehtimalı yüksəkdir. Vaşinqton və Tehran arasında mesaj mübadiləsindəki müsbət irəliləyiş bizi ümidləndirir və bunun əlamətləri var. Lakin biz bu barədə ehtiyatla danışırıq", - XİN başçısı qeyd edib.

.