Qətər Pakistanın ABŞ ilə İran arasında vasitəçilik səylərini dəstəkləyir və davam edən qarşıdurmada Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə olunmasını qəbuledilməz sayır.

Bunu Qətər xarici işlər nazirliyinin sözçüsü Məcid əl-Ənsari mətbuat konfransında bildirib.

“Biz bu vasitəçilikdə problem görmürük və danışıqların davam etdirilməsini dəstəkləyirik”, – o deyib.

Əl-Ənsari həmçinin vurğulayıb ki, gəmilərin Hörmüz boğazından keçidinin qarşısının alınması və ya boğazdan təzyiq vasitəsi kimi istifadə edilməsi qəbuledilməzdir.

.