İran Qətərin mülki infrastrukturuna hücumlarını davam etdirir.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ansari danışıb.

“Mülki infrastruktura hücumlar davam edir və biz İranın bu hücumlara verdiyi hər hansı izahatı rədd edirik”, - o bildirib.

XİN rəsmisi qeyd edib ki, münaqişə zamanı regional enerji infrastrukturuna edilən hücumların iqtisadi nəticələri bütün dünyada hiss olunacaq:

“Hər iki tərəfin enerji obyektlərinə etdiyi hücumlar təhlükəli presedentdir. Bu, iqtisadi cəhətdən dünya üzrə fəsadlara səbəb olacaq”.

.