Qətər hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunu beynəlxalq hüququ pozduğuna görə məsuliyyətə cəlb etmək niyyətindədir.

Bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.

Qətər hakimiyyəti Netanyahunu ötən gün Dohada HƏMAS-ın ali rəhbərliyinin yerləşdiyi binaya zərbə endirilməsinə görə məsuliyyətə cəlb etmək üçün bu məsələni araşdırmağı hüquqi qrupa həvalə edib.

Rəsmi məlumata görə, hücum nəticəsində hərəkatın qərargahında inzibati funksiyaları yerinə yetirən beş nəfər, həmçinin Qətərin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub.

.