Qazaxda bıçaq xəsarətləri alan iki nəfərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, noyabrın 21-də saat 20:30-də iki kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, 30 yaşlı şəxsə bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda onun müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
32 yaşlı digər şəxsə isə sol əlin baş barmağının kəsilmiş yarası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
***
Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.
Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
.
