Qazax rayonunda partlayış olub.

Yenizaman.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki mənzillərin birinin hamam otağında baş verib.

Hamamda qızdırıcı sistemdə qazsızmadan partlayış olub. Hadisə nəticəsində ev sahibi, 1990-cı ilə təvəllüdlü Məmməd Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.