Gürcüstan “Orta Dəhliz”in inkişaf etdirilməsinə sadiqdir.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunun panel müzakirəsində çıxışı zamanı deyib.

“Gürcüstanın vacib geostrateji mövqeyi var və biz getdikcə daha maraqlı, cəlbedici, alternativ dəhliz olan “Orta Dəhlizin” inkişaf etdirilməsinə sadiqik. 2 il əvvəl biz azərbaycanlı və qazaxıstanlı həmkarlarımızla çox vacib yol xəritəsi imzaladıq. Bizim bu dəhlizin necə inkişaf etdirilməsinə dair çox aydın planımız var”, - Qaribaşvili deyib.

Hökumət başçısı əlavə edib ki, dəhlizin inkişafı üçün nələr ehtiyac duyulduğu aydındır:

“Limanların genişləndirilməsi, dəmir yolu infrastrukturu, hava limanları və. s. Bu il biz yeni dərin sulu Anakliya limanının inşasına başlamaq istəyirik. Dəmir yolu da həmçinin modernizasiya edilir. Biz bu il dəmir yolu daşımalarını iki dəfə artırmaq niyyətindəyik”, - Baş nazir deyib.

.