Bakının Qarabağda "İsgəndər-M" raketinin qalıqlarını tapması ilə bağlı məlumatlar Rusiya və Azərbaycan hərbçiləri arasındakı sıx dialoqda müzakirə olunur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi "İsgəndər" qalıqlarının tapılması barədə mövzunun Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub-olunmaması barədə sualı cavablandırarkən müvafiq məsələlərin hərbçilər arasında dialoq zamanı müzakirə olunduğunu bildirib.

.