“Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hökumətin müvafiq strukturları ilə razılaşdıraraq bu barədə parlamentə məlumat verib: “Parlament və Prezident Adminstrasiyasının əməkdaşlığı çərçivəsində bu sənəd üzərində son tamamlama işləri gedir. Mən də bunu sənədi parlamentin sədri Sahibə Qafarovaya təqdim etmişəm”.

***

Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırlanacaq.

Bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.

Sənədə əsasən, komitə Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət, hökumət qurumları ilə birgə iş təşkil edəcək.

.