"Bizim üçün çox çətin oyun idi. Əlimizdən gələni etsək də, məğlub olduq".
Bu sözləri Qol.Az-a açıqlamasında "Rudar”ın futbolçusu Corce Djuriç Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ”la cavab matçından (0:1) sonra deyib.
Öz səhvlərindən məğlub olduqlarını bildirən serbiyalı müdafiəçi "Qarabağ”ın "Seltik” səddini də keçcəyinə inandığını qeyd edib:
"Bir səhvə yol verdik və "Qarabağ” da bundan maksimum yararlandı. Qarşımızdakı komandanın gücünə bələd idik. Belə komandalara qarşı səhvə yol verməməlisən. "Qarabağ” çox güclü komandadır. Məncə, "Qarabağ” "Seltik”i də məğlub edəcək. Hətta komandanız Çempionlar Liqasının qrupunda oynamağa qadirdir.
Çünki onların yaxşı futbolçuları və baş məşqçiləri var. Amma çox çətin olacaq. "Seltik” də güclü komandadır. Çempionlar Liqasında çox mübarizə aparıb. "Qarabağ”a gələcək oyunlarında uğurlar arzulayıram”.
Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Seltik” – "Qarabağ” oyununun keçirilmə günü açıqlanıb. Apasport.az Şotlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Qlazqoda baş tutacaq ilk qarşılaşma iyulun 29-da, yerli vaxtla 19:45-da (Bakı vaxtı ilə 23:45) start götürəcək.
Görüşün biletləri də satışa çıxarılıb. Böyüklər üçün biletlərin qiyməti 22, 16 yaşdan aşağı olanlar üçün 12, 13 yaşdan aşağı olanlar üçün isə 7 avroya bərabərdi.
