Ağdamın "Qarabağ” komandası cümə axşamı Hollandiyanın "Tvente” komandası ilə oyunu 1:1 hesabı ilə başa vuraraq Avropa futbol Liqasının qrup mərhələsinə keçib. Bir həftə öncə birinci matç 0:0 hesabı ilə başa çatıb.
Hesabı 37-ci dəqiqədə "Tvente”nin oyunçusu Lyuk Kostanos açıb.
51-ci dəqiqədə isə Muharrem Muharrem hesabı bərabərləşdirib.
Bundan sonra hər iki komanda yaxşı imkanlara malik olsa da hesab dəyişməyib.
İstedadlı azərbaycanlı məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə "Qarabağ” komandası indiyədək üç dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
2009-cu ildə "Qarabağ” "Tvente”yə məğlub olub, 2010 və 2013-cu illərdə Dortmundun "Borussiya” və Frankfurtun "Ayntraxt” komandalarına qalib gələ bilməyib.
Eyni zamanda Bakının "Neftçi” klubu Avropa Liqasının qrup mərhələsinə keçmək şansını əldən verib. Komanda pley-off-da Belqradın "Partizan” komandasına 2:3 hesabı ilə məğlub olub.
.
