"Dandi” klubunun almaniyalı qapıçısı Arvid Shenk komandadan qovulub. Klubunun bu addımı atmasına qapıçının görüş ərzində 6 qol buraxması olub.
25 yaşlı qapıçı "Dandi United” ilə derbi sayılan görüşdə ilk dəfə meydana çıxıb və 6 qol buraxıb.
Shenk oktyabr ayında "Dandi” ilə qısamüddətli müqavilə imzalayıb. Hər iki qapıçının zədələnməsinin ardından qapıçı ilk və sonuncu dəfə komandada forma şansı qazanıb.
"Dandi United” ilə keçirilən görüşdə qapıya ünvanlanan zərbələrin 6-sını tuta bilməyən qapıçı komandadan qovulub.
.
