İran ABŞ tərəfindən təhdidlər davam edəcəyi təqdirdə, Vaşinqtonla danışıqlar aparmayacağını bəyan edib.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial şəbəkədə yazıb.
O bildirib: “Donald Tramp danışıqları təslim müqaviləsinə çevirmək istəyir. Lakin biz daimi təhdidlər şəraitində aparılan dialoqu qəbul etmirik”.
Qalibaf əlavə edib ki, İran döyüş meydanında yeni güc balansını nümayiş etdirməyə hazırdır.
.
