Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekunları üzrə sənədlər imzalayıblar.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Onların arasında "İttifaq Dövlətinin Standartlaşdırma və Keyfiyyət Komitəsinin yaradılması haqqında", "2025–2026-cı illər üçün İttifaq Dövlətinin ədəbiyyat və incəsənət sahəsində mükafatlarının verilməsi haqqında", "2026-cı il üçün İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclaslarına dair əsas məsələlər haqqında" qərarlar yer alır.
A.Lukaşenko bildirib ki, hazırda iki ölkə arasında xidmət ticarəti - nəqliyyat, tikinti və informasiya sahələri üzrə - sürətlə inkişaf edir.
Onun sözlərinə görə, qarşılıqlı investisiyalar hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı əlaqəli artım üçün impulslar verir və yeni iş yerləri yaradır. Belarusun cəlb etdiyi vəsaitlərin 60 %-dən çoxu rusiyalı investorların payına düşür.
V.Putin iclasda iki ölkənin qonşu regionları arasında birbaşa şəhərətrafı dəmir yolu əlaqəsinin bərpası barədə qərar qəbul edildiyini bildirib.
.
