Rusiya Çinə neft və boru kəməri qazının ixracında birinci yeri tutur.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putin-Si Cinpin danışıqları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, danışıqlar məzmunlu olub: "Dövlət başçıları İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti müzakirə ediblər. Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür".

Uşakov Putin və Si Cinpinin ABŞ ilə münasibətləri müzakirə etdiklərini də söyləyib: "Rusiya və Çinin bir çox məsələlərdə yanaşmaları üst-üstə düşür. İki ölkənin tərəfdaşlığı görünməmiş səviyyədədir və heç kimə qarşı yönəlməyib".

Putinin köməkçisi bildirib ki, Si Cinpin Əbu-Dabidə Ukrayna ilə bağlı davam edən danışıqları dəstəkləyib.

O, Si Cinpin Putini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət etdiyini və Rusiya prezidentinin dəvəti qəbul etdiyini söyləyib.

.