Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə Venesuela arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsi təqdim edib.

Sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.

“Rusiya Federasiyası ilə Venesuela Bolivar Respublikası arasında 2025-ci il mayın 7-də Moskvada imzalanmış strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş ratifikasiya edilsin”, - deyə federal qanun layihəsində qeyd olunub.

.