
Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olması humanitar vəziyyəti yaxşılaşdırıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
“Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Dağlıq Qarabağda sabitliyin qorunmasına kömək edir. Onların səyləri nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb”-o Müdafiə Nazirliyinin iclasında bildirib.
Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlıq dözümlülük və əzmkarlığına görə təşəkkür edib.
.