
Rusiya prezidenti Vladimir Putin Özbəkistan və Tacikistan prezidentləri Şavkat Mirziyoyev və Emoməli Rəhmonla ayrı-ayrılıqda telefon danışığı aparıb.
Kremlin mətbuat xidməti xəbər verir ki, Mirziyoyevlə telefon danışığı zamanı Rusiya və Özbəkistan arasında ikitərəfli ticarətin artdığı qeyd olunub.
Dövlət başçıları ticarət-iqtisadi və enerji sektorlarında iri birgə layihələrin gedişatını müzakirə ediblər. Həmçinin iki ölkənin bir sıra əsas qurumları arasında sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Rəhmonla telefon danışığı zamanı qeyd olunub ki, Rusiya və Tacikistanın imzaladığı sənədlər paketi tərəfdaşlığın gələcək inkişafına yeni təkan verəcək
Putin Düşənbədə keçirilən ikinci Rusiya-Mərkəzi Asiya sammitinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Kreml bu gün Putinin Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə da telefon danışığı apardığına dair məlumat yayıb.
.