Ukraynadakı “xüsusi hərbi əməliyyat” Rusiyanın demoqrafik vəziyyətində müəyyənedici amil deyil.

Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda deyib.

Onun sözlərinə görə, doğum səviyyəsi hazırda Rusiya üçün əsas problemlərdən biridir.

Rusiya Prezidenti qeyd edib ki, bu məsələ üzərində iş aparılacaq.

Bununla belə, Rusiya Prezidenti ölkəsinin Uzaq Şərq regionunda demoqrafik vəziyyətin Yaponiya və Cənubi Koreya kimi ölkələrdən daha yaxşı olduğunu vurğulayıb.

Putinin fikrincə, Cənubi Koreya və Yaponiya hərbi əməliyyatlar aparmır, lakin onlarda doğum səviyyəsi azalır.

.