Yunanıstan Super Liqasında "Larisa" - "İraklis" matçından sonra qəribə hadisə baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ev sahibi olan "Larisa" klubunun qapıçısı Matias Degra səhvə yol verib.

Onun etdiyi səhv üzündən komandası 3 xalı əldən verib. Belə ki, ev sahibi rəqib komandadan 2:1 öndəykən qapıçının buraxdığı qol üzündən hesab bərabərləşib. Bununla da "Larisa" 3 xalı əldən verib. Buna görə əsəblərinə hakim ola bilməyən klubun prezidenti Aleksis Kougias soyunub geyinmə otağına gedərək qapıcını əvvəl şillələyib, sonra da qovub. Ardınca isə "Larisa" bəyanat yayaraq argentinalı qapıçının qəsdən qolu buraxdığını və buna görə komandadan qovulduğu bildirilib. 

.