Sosialist Antoniu Joze Sequro Portuqaliyanın prezident seçkilərində liderlik edir, ona seçicilərin 31,1 %-i səs verib.
Portuqaliya KİV-i verdiyi məlumata görə, ikinci yerdə isə 23,5 % ilə sağ radikal Andre Ventura ("Cheqa" Partiyası) qərarlaşıb.
Bundan əlavə, "Liberal Təşəbbüs" Partiyasından olan Joao Kotrim Fiqeyredo 15,9 % nəticə ilə üçüncü yeri tutub.
Namizədlərdən heç biri birinci turda seçicilərin səslərinin 50 %-dən çoxunu toplaya bilmədiyindən fevralın 8-də seçkilərin ikinci turu keçiriləcək.
Beləliklə, Portuqaliya 1986-cı ildən bəri ilk dəfə və 1976-cı ildə demokratiyanın qurulmasından bu yana yalnız ikinci dəfə prezident seçkilərinin ikinci turuna çıxır.
.
