"Tottenhem"in sabiq baş məşqçisi Andre-Villaş Boaş işləmək istədiyi klubların adını açıqlayıb. Portuqal mütəxəssis bildirib ki, hazırda "Barselona" və ya "Real"da çalışmağı istəyir.
Andre-Villaş Boaş daha sonra bunları deyib: ""Real" və "Barselona" dünyanın ən yaxşı klublarındandır. Madrid klubu Kataloniya təmsilçisindən daha çox kubok qazansa da, "Barsa" yaxın tarixdə öz sözünü demiş komandadır. Bu klublardan birində çalışmağı çox istəyirəm."
.
