Fevralın 8-dən səmada planetlərin düzülüşü başlayıb.

Xarici KİV-lər xəbər verir ki, göydə ardıcıllıq üzrə Saturn, Mars və Yupiter Merkuri düzülüb.

Rusiya ərazisindən bu mənzərəni daha aydın şəkildə müşahidə etmək olar.

Təbiət hadisəsi fevralın 11-nə kimi davam edəcək.

Qeyd edək ki, həmin vaxt səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşir. Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirir. Bir sırada düzüldüyünə görə bu, planetlərin "parad”ı adlanır.

.