İspaniyalı müdafiəçi Cerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb.

Bu barədə Pike ötən gün Albaniya ilə oyun sonrası çıxış edib. İspaniyalı futbolçu bildirib ki, 2018-ci il dünya çempionatından sonra yığma ilə vidalaşacaq.

"Barselona”nın 29 yaşlı müdafiəçisi karyerası ilə bağlı bunları deyib: Rusiyadakı mundial mənim yığmanın heyətində son turnirim olacaq. Artıq yorulmuşam. Ümidvaram ki, hər kəs qərarımı anlayışla qarşılayacaq”.

Azarkeşlər Pikenin bu açıqlamasının ardından sosial şəbəkələrdə ona dəstək olublar.

2009-cu ildən İspaniya yığmasında forma geyinən müdafiəçi bir il sonra dünya pop musiqisinin super ulduzu Şakira ilə ailə həyatı qurub. Onların Milan və Saşa adında iki oğlan uşağı var.

Azərtac 
.