İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.

Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

"Alimlərimizin şüurundadır və (ABŞ və İsrail - red.) binaları (nüvə obyektlərini - red.) və zavodları məhv etməklə (Tehrana - red.) problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq", - deyə Prezident Administrasiyasının rəsmi "Telegram" kanalı prezidentin sözlərini yayıb.

Xatırladaq ki, İsrail iyunun 13-ü gecə İrana qarşı əməliyyata başlayıb, onu gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edib. Hava bombardmanları və hücumlarının hədəfləri nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və aviabazalar olub.

İran ittihamları rədd edib və öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər, buna iyunun 22-si gecə İranın nüvə obyektlərinə birdəfəlik hücum həyata keçirən ABŞ də qoşulub. İslam Respublikası iyunun 23-ü axşam ABŞ-nin Qətərdəki "Əl-Üdeyd" bazasına raket zərbələri endirib və İran tərəfinin daha eskalasiyanı davam etdirmək niyyətində olmadığını bildirib.

Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılaşdığını bildirib.

.