Rusiya nümayəndə heyəti bu gün axşam Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula yola düşüb.

Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Nümayəndə heyətimiz həqiqətən İstanbula yola düşüb və bu gün axşam orada danışıqlar planlaşdırılıb, bu, Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu olacaq", - o deyib.

İstanbulda danışıqların ikinci raundu zamanı mübadilə edilmiş memorandum layihələri ilə bağlı məsələlər, həmçinin hərbi əsirlər və həlak olanların meyiitlərinin mübadiləsi prosesi müzakirə olunacaq.

.