Avropalılar Əbu-Dabidə dördtərəfli formatda israr edirlər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların davam etdirilməli olduğunu, lakin Rusiyanın hələlik avropalıların bu danışıqlar formatında iştirakından heç bir əlavə dəyər görmədiyini söyləyib.
Peskov onu da bildirib ki, Əbu-Dabidə keçiriləcək növbəti danışıqların tarixləri hələ müəyyən edilməyib.
Qeyd edək ki, Əbu-Dabidə Ukrayna nizamlanması ilə bağlı Moskva, Kiyev və Vaşinqton arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də keçirilib.
.
