“Biz dost Ermənistan hökumətinə böyük hörmətlə yanaşırıq və onlara konstitusiya islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Ermənistan Konstitusiyasının yeni layihəsini şərh edərkən deyib.

O qeyd edib ki, konstitusiya islahatları Ermənistanın suveren və tam məntiqli qərarıdır.

“İslahatların hüquqi standartlara nə dərəcədə uyğun olduğunu qiymətləndirmək məsələsi birbaşa Ermənistan hakimiyyətinin özünə aiddir”, - deyə İrakli Kobaxidze əlavə edib.

.