Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü avqust ayında keçiriləcək.

"News.am" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Bildirilib ki, ikinci görüş avqust ayında Moskvada baş tutacaq.

Görüşün dəqiq hansı tarixdə keçiriləcəyi barədə hələ yekun razılaşmanın əldə olunmadığı qeyd olunub.

.