Ermənistanın Baş naziri Nikol Paşinyan Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının Baş nazir postuna namizəd olmasına münasibət bildirib.

Paşinyan brifinqdə qeyd edib ki, Ermənistan Respublikasının qanununa və Konstitusiyasına əsasən, ikinci və ya üçüncü ölkədə vətəndaşlığı olan şəxs nə parlamentə, nə də baş nazirliyə namizəd ola bilər.

“Sizin danışdığınız şey nə de-yure, nə də de-fakto mövcuddur. Mövcud olmayan bir şeyə şərh verməyi lazımsız hesab edirəm”, - o əlavə edib.

.